Fələstin lideri Mahmud Abbas Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın "ya ABŞ-ın planını qəbul et, ya da istefa ver” ultimatiumuna cavab verib.
M.Abbas ABŞ-ın Orta Şərq sülh planının qəbul edilməsinə dair hər hansı təzyiqə məruz qalmadığını bildirib və iddiaları rədd edib.
Fələstin hökumətinin səlahiyyətli şəxsləri də liderin reaksiyasını təsdiqləyərək onun Riyaddakı görüşlərinin son dərəcə müsbət keçdiyini bildiriblər.
Qeyd edək ki, Fələstin lideri Mahmud Abbas keçən həftə Səudiyyə Ərəbistanına sürpriz səfər etmişdi. Ondan bir neçə gün öncə isə ABŞ prezidenti Donald Trampın məsləhətçisi Cerard Kuşner Riyada gedərək vəliəhd şahzadə ilə "Orta Şərq sülh planı”na dair müzakirələr aparmışdı.
ABŞ sülh planı adı altında işğal edilmiş bölgələrdəki yaşayış yerləri ilə bağlı olaraq İsrailin tələblərinin böyük bir qisminin qəbul edilməsini istəyir./publika.az
© xezerxeber.azTərəflər Cənubi Koreya və KXDR sammitini tam razılaşdırıblar
Yol polisi sürücülərə texniki baxışla bağlı son xəbərdarlığı edib
Avropada Marsa göndəriləcək robot-roverlər hazırlanıb - FOTO
İrəvanda Nikol Paşinyan saxlanılıb - Serj Sarkisyanla görüşdən sonra
Prezident İlham Əliyev Əli Həsənov ilə bağlı sərəncam imzaladı
Müharibə BAŞLAYIR? - Ərazilərin qaytarılması üçün PLAN HAZIRLANDI
Bu dəlil III Dünya müharibəsini BAŞLADACAQ – TÜRKİYƏYƏ GƏTİRİLİR
Prezident İlham Əliyev Əli Həsənov ilə bağlı sərəncam imzaladı
Bir ildə 22 insanı yedi - Ürəyi zəif olanlar baxmasın - VİDEO