Livan XİN: Həriri azad olduğunu geri qayıdaraq sübut edə bilər

15.11.2017 10:28

Livanın xarici işlər naziri Cibran Basil bildirib ki, sabiq baş nazir Səəd Həriri ancaq ölkəsinə qayıdaraq azad olduğunu sübut edə bilər. Livanın XİN rəhbəri "Reuters"ə müsahibəsində deyib ki,Səəd Həriri ölkəsinə qayıtmaqla bir çox suallara aydınlıq gətirmiş olacaq.

"Onun azad olduğunu sübut edəcək yeganə şey geri qayıtmasıdır. Həririnin ölkəsinə qayıdışı ilə problemi sürətlə və təcili şəkildə həll etməyi ümid edirik",-deyə Cibran Basil əlavə edib.

Bu arada Fransa prezidenti Emmanuel Makronla görüşən Livanın xarici işlər naziri vurğulayıb ki, qısa bir zamanda normal normal vəziyyətə qayıtmaq istəyirlər. Livanlı nazir problem bir həftə ərzində həll edilməyəcəyi təqdirdə beynəlxalq hüquq yollarına müraciət edəcəklərini söyləyib./faktxəbər

© xezerxeber.az


40 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR