Lavrov Bakı və İrəvana səfəri barədə açıqlama verib

14.11.2017 16:43

Rusiyanın xarici işlər naziri Sergey Lavrov gələn həftənin əvvəlində Bakı və Yerevana səfər etməyi planlaşdırır.

"İnterfaks" xəbər verir ki, bu barədə nazirin özü mətbuat konfransında bildirib.

"Gələn həftənin əvvəlində Yerevan və Bakıya səfərlərim planlaşdırılır. Bu səfərlər, ilk növbədə, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunub", - S.Lavrov deyib.

Onun sözlərinə görə, səfərin gündəliyinə ikitərəfli sıx və zəngin münasibətlər daxildir.

"Regional və beynəlxalq problemlərdən söhbət edəcəyik, o cümlədən Qarabağ münaqişəsinin nizamlanması üzrə səylər çərçivəsində harada olduğumuzu anlamağa çalışacağıq", - XİN başçısı vurğulayıb.

© xezerxeber.az


70 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR