İran prezidenti zəlzələnin baş verdiyi bölgəyə səfər edib

14.11.2017 14:29

İran Prezidenti Həsən Ruhani zəlzələnin törətdiyi ağır fəsadlarla yerində tanış olmaq üçün Kirmanşah şəhərinə gedib.

Zəlzələdən zərər çəkən insanlarla görüşən Prezident onlara dövlət tərəfindən hər cür yardımın ediləcəyini bildirib.

Prezident İranın silahlı qüvvələrinə xilasetmə işlərində göstərdikləri şücaətə görə təşəkkür edib.

Kirmanşah vilayətinin rəhbərləri xilasetmə işləri və evləri dağılan ailələrə göstərilən kömək haqqında Həsən Ruhaniyə məlumat veriblər. (AZƏRTAC)

© xezerxeber.az


151 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR