İranda ümummilli matəm günü elan edilib

14.11.2017 14:18

İranda Prezident Həsən Ruhaninin rəhbərliyi ilə nazirlərin toplantısı keçirilib. Toplantıda noyabrın 13-də baş vermiş zəlzələnin ağır nəticələrinin aradan qaldırılması məsələsi müzakirə edilib.

İclasda noyabrın 14-də İranda ümummilli matəm gününün elan edilməsi qərara alınıb.

Prezident təbii fəlakət zamanı həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib. (AZƏRTAC)

© xezerxeber.az


85 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR