23 Avropa ölkəsindən tarixi addım - Pentaqona rəqib

14.11.2017 13:38

Fransa və Almaniyanın başçılığı ilə 23 Avropa ölkəsi ABŞ-dan asılılığı azaltmaq və qitənin müdafiə sahəsində daha sıx işbirliyi etmək üçün müdafiə razılaşması imzalayıb.

Aİ ölkələrinin xarici işlər və müdafiə nazirləri tərəfindən razılaşmanın imzalanmasından sonra Aİ-nin xarici əlaqələr üzrə ali təmsilçisi Federika Moqherini mediaya açıqlama verib. O, müdafiə koordinasiyasını və silahların inkişaf etdiriməsini hədəfləyən razılaşmanın tarixi an olduğunu bildirib.

Bu addım Avropa İttifaqının bir ordu qurması kimi şərh edilsə də, yaxın gələcəkdə belə bir ordunun qurulması ehtimal edilmir.

Almaniyanın xarici işlər naziri Ursula von der Leyen isə xüsusilə, ABŞ prezidenti Donald Trampın vəzifəyə keçməsindən sonra Avropanın müdafiə mövzusunda öz ayaqları üzərində durmasının vaxtı gəldiyini deyib.

Müdafiə razılaşmasını ittifaqdan ayrılan İngiltərə ilə yanaşı, Danimarka, İrlandiya, Portuqaliya və Malta imzalamayıb.

Razılaşmanın dekabr ayında təşkil ediləcək Aİ Liderlər Zirvəsində Avropa İttifaqı hüquqlarına daxil edilməsi gözlənilir./publika.az

© xezerxeber.az


58 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR