Yunanıstanın Baş naziri F-16 qırıcı təyyarəsini idarə etdi - FOTO

13.10.2017 17:25

Yunanıstanın Baş naziri Aleksis Tsipras F-16 qırıcı təyyarə ilə Egey dənizinin üzərindən uçub.

AZƏRTAC xəbər verir ki, Baş nazirin təcrübəli pilot ilə birgə idarə etdikləri F-16-nı müdafiə nazirliyinin baş qərargah rəisi və hərbi hava qüvvələrinin rəisi digər təyyarələrlə müşayiət ediblər.

Qeyd edək ki, A.Tsipras Yunanıstanın qırıcı təyyarə ilə uçuş həyata keçirən üçüncü Baş naziridir. Bundan əvvəl 1912-ci ildə Elefterios Venizelos və 1992-ci ildə Konstantinos Mitsotakis qırıcı təyyarə ilə uçublar.

© xezerxeber.az


77 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR