SON DƏQİQƏ: Böyük hərəkətlilik - bölgədə fəlakət ola bilər

13.10.2017 15:44

İraqlı bir general şok açıqlama verərək bir anda dünya mətbuatının gündəminə düşüb.

BAKU.WS-in məlumatına görə, adını açıqlamayan general "İyun 2014-cü ildə baş verən hadisələr əsnasında İraq ordusunun itirdiyi bölgələri geri almaq üçün əməliyyat başladı" ifadəsindən istifadə edib.

İraq Kürd Regional Rəhbərliyi isə on minlərlə kürd silahlıları İraq ordusunun Kərkükə istiqamətli əməliyyat təhdidinə qarşı müdafiəyə mövqeyinə keçib.

Bərzaniyə yaxınlığıyla bilinən "Rudaw"ın yaydığı məlumata görə, dünən gecə Kərkük ətrafında İraq ordusunun hərəkətliliyi müşahidə edilib. Gecə boyunca İraq qüvvələrinin Peşmərgənin bir neçə kilometr uzaqlığında olduğu bildirildi.

© xezerxeber.az


843 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR