Türkiyə Suriya ərazisində monitorinq aparmaq üçün qurğu quraşdırır

13.10.2017 14:57

Türkiyə hərbçiləri Suriyanın İdlib əyalətindəki müşahidə məntəqələrində qurğu quraşdırmağa başlayıb.

"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə TürkiyəSilahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Xəbərdə bildirilib ki,qurğular "münaqişəsiz bölgə"də atəşkəs rejiminin montorinqində istifadə ediləcək.

Qeyd edək ki, Türkiyə hərbçilərinin İdlibə daxil olması haqqında xəbər oktyabrın 12-də yayılıb. Əyalətə Türkiyənin 200 əsgəri yerləşdirilib, onların 120-si xüsusi təyinatlıdır. Türkiyənin 8 tankı və 50 zirehli nəqliyyat vasitəsi də Suriya ərazisindədir.

© xezerxeber.az


109 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR