Rusiya Müdafiə Nazirliyi: "Suriya ərazisinin 92 faizi İŞİD-dən azad edilib"

13.10.2017 10:34

Suriya ərazisinin 92 faizi İŞİD-dən xilas edilib.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirinin rəsmi mətbu orqanı olan "Krasnaya zvezda” məlumat verib.
Bildirilir ki, Rusiya Hava-Kosmik Qüvvələri bir həftə ərzində Suriyada 500 hərbi uçuş həyata keçirib və bunlardan 130-u pilotsuz uçuşlardır. Nəticədə terrorçuların 1260-dan çox obyekti məhv edilib.

© xezerxeber.az


65 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR