Vyetnam su altında qalıb: 54 ölü, 39 itkin

13.10.2017 10:00

Vyetnamda daşqınlar nəticəsində 54 nəfər həlak olub.

Trend-in məlumatına görə, daşqınlardan daha çox Hoabin vilayəti zərər çəkib. Burada fövqəladə vəziyyət elan olunur.

39 nəfərin itkin düşdüyü bildirilir.

Güclü yağış və daşqınlar 200 evin dağılmasına səbəb olub, 30 mindən çox ev su altında qalıb. Thanhoa, Nqean və Hatin kimi mərkəzi vilayətlərdə 5 mindən çox ailə evlərini tərk etməyə məcbur olub.

İnsanların təxliyəsi davam edir.

© xezerxeber.az


77 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR