ABŞ-ın ardından İsrail də YUNESKO-dan çıxır

13.10.2017 09:45

İsrailin baş naziri Binyamin Netanyahu ölkənin YUNESKO-dan çıxmaq barədə qərar qəbul etdiyini bildirib.

"Report” "Haaretz” qəzetinin saytına istinadən xəbər verir ki, Tel-Əviv təşkilatın İsrailə qarşı qərəzli mövqeyindən narazıdır.

Bundan əlavə, Netanyahu ABŞ-ın YUNESKO-dan çıxmaq qərarını alqışlayıb və bu təşkilatı "absurd teatrı” adlandırıb:

"Bu cəsur və düzgün qərardır, çünki YUNESKO absurd teatrına dönüb. Tarixi qorumaq əvəzinə onu təhrif edir".

Bundan əvvəl ABŞ 1 yanvar 2019-cu il tarixindən təşkilatı tərk etmək qərarına gəldiyini bəyan edib.

© xezerxeber.az


54 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR