ABŞ BMT konfransında iştirak edəcək Rusiya MN-nin nümayəndələrinə viza verməyib

13.10.2017 09:34

ABŞ BMT-də planlaşdırılan Rusiya-Çin birgə hərbi konfransda iştirak edəcək Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin üzvlərinə viza verməyib. 

Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya MN nümayəndəsi Aleksandr Yemelyanov deyib.
Qeyd edək ki, ötən gün BMT-də Rusiya və Çin hərbçilərinin ABŞ-ın yaratdığı qlobal raketdən müdafiə sisteminin təhlükələrinə həsr olunmuş brifinq keçirilib.
Aleksandr Yemelyanovun sözlərinə görə, brifinqdə Rusiya SQ Baş Qərargahının nümayəndə heyəti iştirak etməyi planlaşdırıb. Nümayəndə heyətinə SQ Baş Qərargahı rəisinin müşaviri general-leytenant Tretyakın rəhbərlik edəcəyi bildirilmişdi.

© xezerxeber.az


74 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR