Bakı
16 C
USD
EUR
1.7003
1.9798
RUB
GBP
0.0287
2.2344
XƏBƏR
ARXİVİ

Gürcüstan prezidenti 226 məhbusu əfv edib

12.10.2017 17:06

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili oktyabrın 12-də 226 məhbusun əfv edilməsi barədə fərman imzalayıb. Onların sırasında azərbaycanlılar da var.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan Əfv Komissiyasının sədri Zviad Koridze söyləyib.

Z.Koridze deyib ki, əfvlə bağlı komissiyaya xeyli müraciət daxil olub. Komissiya sentyabrın 27-dən oktyabrın 4-dək 1406 məhbusun müraciətinə baxıb. Onlardan 226-nın əfv olunması barədə Gürcüstan Prezidentinə müraciət edilib. Əfv olunanlar arasında qadınlar və azyaşlılar da var.

Komissiya sədrinin sözlərinə görə, əfv olunanlardan 141-i bu gün həbsxanaları tərk edəcək, 85 nəfərin isə cəzası yüngülləşdirilib.

Z.Koridze deyib: "Gürcüstan Prezidenti zaman-zaman məhbusların əfv olunması barədə fərmanlar imzalayıb. Əfv olunanlar arasında Gürcüstan vətəndaşı olan azərbaycanlılar da var. Yeni əfv olunanlar arasında da azərbaycanlılar var”.

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR