ABŞ-da meşə yanğınları: 550 nəfər itkin düşüb

12.10.2017 16:17

ABŞ-ın Kaliforniya ştatının şimalında meşə yanğınları başlayıb.

Yanğınlar nəticəsində 23 nəfər ölüb, 100-dən çox insan isə xəstəxanalara yerləşdirilib.

Eyni zamanda 550 nəfərin taleyi barədə hələ də heç bir məlumat yoxdur. Alov 3500-dən çox binanı, o cümlədən Napa dərəsindəki 13 şərab təsərrüfatını məhv edib. Güclü külək yanğınsöndürənlərin işini çətinləşdirir.

© xezerxeber.az


82 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR