Türkiyədə ali məktəblərə qəbul qaydaları dəyişdirilib

12.10.2017 16:03

Türkiyə Respublikasında ali məktəblərə qəbul imtahanlarının forması dəyişdirilib. Yeni sistemin tətbiqi 2018/2019-cu tədris ili üçün nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, Türkiyə Ali Təhsil Təşkilatının sədri Yekta Saraç ictimaiyyətə bununla bağlı açıqlama verib. Onun sözlərinə görə, qəbul olunan yeni sistem imtahan prosesinin daha sadə və abituriyentlər üçün anlaşılan şəkildə qurulub. Bundan sonra əsasən riyaziyyat və türk dilindən biliklərini sınayan abituriyentlər bir ay müddətində imtahanların cavabını öyrənə biləcəklər.

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR