Çin rəhbəri Azərbaycana səfər edəcək

14.09.2017 12:10

Çin Xalq Respublikasının rəhbəri Si Tszinpin yaxın zamanlarda Azərbaycana səfər edəcək.

Azərbaycanın Çindəki səfirliyindən xezerxeber.az-a bildirilib ki, bunu Si Tszinpin Azərbaycanın bu ölkədəki səfiri Əkrəm Zeynallı ilə görüşü zamanı deyib.

Azərbaycanlı səfir etimadnaməsini Çin rəhbərinə təqdim edib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfərini xatırladan Si Tszinpin həmin səfər zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı üzrə vacib qərarların qəbul olunduğunu bildirib.

O, Azərbaycan dövlət başçısının və hökumətinin "Bir kəmər, bir yol” təşəbbüsünə dəstəyini yüksək qiymətləndirib.

Azərbaycanlı səfir Əkrəm Zeynallı qeyd edib ki, Azərbaycan "Bir kəmər, bir yol” təşəbbüsünün uğurla reallaşdırılmasına öz töhfəsini verməyə hazırdır.

© xezerxeber.az


167 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR