Malayziyanın baş naziri Myanmarda müsəlmanlara qarşı baş verənləri genosid adlandırıb

14.09.2017 10:34

Malayziyanın baş naziri Nəcib Razak Myanmarda kompakt yaşayan Rohingya müsəlmanlarına qarşı baş verənləri etnik təmizləmə və genosid adlandırıb.
APA-nın "Channel NewsAsia" telekanalına istinadən verdiyi məlumata görə, N. Razak bu bəyanatla Vaşinqton Strateji və Beynəlxalq Təhqiqatlar Mərkəzində çıxış edib.
O bildirib ki, dünya ictimaiyyəti baş verənlərə etinasız qalmamalıdır.
N. Razak Rohingya müsəlmanlarının məsələsini ABŞ prezidenti Donald Trampla da müzakirə etdiyini deyib.
"Tramp da Malayziya hökumətinin narahatlığını bölüşür", - deyə o qeyd edib.
Qeyd edək ki, Malayziya hökuməti bir qədər əvvəl Myanmardan qəbul etdiyi müsəlman qaçqınların sayını artırmağa hazır olduğunu bəyan edib.
Hazırda Malayziyada Myanmardan olan 100 minədək qaçqın müsəlman var.

© xezerxeber.az


107 dəfə oxunub

ÇOX OXUNANLAR