İstanbulda əməliyyat - saxlanılanlar var

14.09.2017 10:15

İstanbul səhəri əməliyyatla başlayıb. Trend-in məlumatına görə, İstanbul polisi səhər saatlarında narotika alverçilərinə qarşı əməliyyata başlayıb. Bu barədə şəhər Polis İdarəsinin yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, əməliyyat daha öncədən hazırlanmış ünvanlar üzrə aparılır.

Məlumatda deyilir: "Əməliyyat nəticəsində saxlanılanlar var və böyük həcmdə narkotika partiyası müsadirə edilib".

Qeyd edək ki, son əməliyyat nəticəsində Egey dənizində yaxtaların birində 3 milyon dollar dəyərində 280 kiloqram narkotik vasitə aşkar edilmişdi.

© xezerxeber.az


100 dəfə oxunub

ÇOX OXUNANLAR