Putinə sərt ULTİMATUM: 180 gün vaxt VERİLDİ

13.09.2017 16:53

ABŞ hakimiyyəti Donbas hərbi münaqişə zonasından getməsi üçün Rusiya prezidenti Vladimir Putinə 180 gün vaxt verib.

Bu haqda "İnformasiya müqaviməti” qrupunun koordinatoru Konstantin Maşoves "Seqodnya” ("Bu gün”) nəşrinə müsahibəsində deyib.

"İndi Putin nə əldə etdi? ABŞ-da qanunun qəbul olunmasından sonrakı 180 gün ərzində Donbasdan necə getsin? ABŞ-ın qəbul etdiyi qanun maliyyə kəşfiyyatına imkan verəcək ki, 180 gün ərzində Rusiyanın ən nüfuzlu oliqarxları, həmçinin onların ailə üzvlərini aşkar etsin, onların kapitallarını, gəlir mənbələrini, korrupsiyanı və aktivlərin əlamətlərini qiymətləndirsin”, - o bildirib.

Hərbi ekspert vurğulayıb ki, Kremlin sahibi məhz buna görə Ukraynanın şərqində münaqişənin həlli üçün sülh təşəbbüsləri ilə çıxış edib.

"Belarusa metal qırıntıları (hərbi texnika nəzərdə tutulur – red.) və əsgərlərin sürünməsi, Suriyanın bombardmanı daha çox piardır. Rusiyanın nüvə silahları olmasaydı, dünya cəmiyyətinin reaksiyası daha sərt və daha sürətli olardı”, - Maşoves əmindir.

Onun sözlərinə görə, Putin bir anda seçim qarşısında olacaq. Ekspert qeyd edir ki, sonrakı təcavüzkar siyasətin həyata keçirilməsi Moskva üçün baha başa gələcək və Rusiyanın dağılmasının real təhlükəsi yaranacaq.

Xatırladaq ki, ABŞ Senatı iyunun 14-də Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsini bəyənib. Rusiyaya qarşı təklif edilmiş sanksiyalar Rusiya banklarının maliyyələşdirilməsinin maksimal müddətinin 14, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin maliyyələşdirilməsinin maksimal müddətinin isə 30 günə qədər ixtisarını nəzərdə tutur.

Bundan başqa, düzəlişlərin tətbiqindən sonra 180 gün ərzində ABŞ Maliyyə Nazirliyinin başçısı sanksiyaların mümkün nəticələrini təsvir edən məruzəni Konqresə təqdim etməlidir./publika.az

© xezerxeber.az


159 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR