Urmiya quruyur: Bu liman da yox oldu - FOTOLAR

13.09.2017 16:49

Urmiya gölündə yerləşən Rəhmanlı limanı tamamilə quruyub.

Limanın son görünüşünü əks etdirən fotolar artıq sosial şəbəkələrdə yerləşdirilib.

Qeyd edək ki, Rəhmanlı limanı Əcəbşir şəhərinin 10 kilometrliyində yerləşir. Bu liman vaxtı ilə ticarətçilər tərəfindən aktiv şəkildə istifadə olunub. Belə ki, Urmiyədə dəmir yolu xətti olmadığı üçün ticarətçilər gəmilərlə mallarını bu limana gətirib, oradan İranın müxtəlif məntəqələrinə göndərərdilər.

Urmiya gölünün quruması prosesi artıq bir neçə ildir davam edir. İran hökuməti gölün qurumasının qarşısını almaqdan ötrü addımlar atmağa söz versə də, vədinə əməl etməyib. Ekspertlər isə gölün quruyacağı halda bölgədəki milyonlarla insanın həyatının təhlükə qarşısında qalacağını bildiriblər.

Cebhe.info

© xezerxeber.az


96 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR