Heç kəs onu işə götürmürdü, ayda ancaq 15 dollar qazanırdı: İndi dünya onun puluna həsəd aparır - HƏYAT

13.09.2017 16:23

O, ayda ancaq 15 dollar qazana bilirdi. İndi isə dünyanın həsəd apardığı milyarderdir.

Söhbət e-ticarət "divi” olan "Alibaba”nın qurucusu Cek Madan gedir.

Onun həyatı rahat olmayıb, indi isə hər şeyi unudacaq qədər pul qazanır. Cek Ma 1964-cü ildə Çində dünyaya gəlib. İngilis dilini öyrənmək ən böyük arzusu idi. Buna görə də hər gün səhər tezdən qalxıb şəhərə gələn turustlərin çox olduğu yerlərə gedirdi.

Məqsədi onlardan ingilis dilini öyrənmək idi. 30-a yaxın iş yerinə müraciət etsə də gəncliyində onu heç kəs işə götürmürdü. O zamanlar KFC Çin bazarına yeni girmişdi və iş üçün müraciət edən 24 nəfərdən ancaq Cekə müsbət cavab verilmədi. Oxumaq üçün Harvarda müraciət etdi. 10 müraciətinə də mənfi cavab aldı. Sevdiyi qızla evləndi və ayda 15 dollara yaşamağa başladı.

1995-ci ildə təsadüfən Amerikaya getdi və orda internetlə tanış oldu. Çində internet xidmətləri çox bahalı idi və Cek ölkəsinə qayıdaraq bu sahədə özünü sınadı.

Alibaba.com yarandı və Cek qısa zamanda adını milyarderlər sırasına yazdırdı.

Cebhe.info

© xezerxeber.az


1289 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR