Plastik banknot dövriyyəyə buraxılacaq

13.09.2017 15:25

Sentyabrın 14-də Böyük Britaniyada 10 funt dəyərində plastik banknot dövriyyəyə buraxılacaq.

Yeni banknotların xidmət müddəti 5 ildir. Plastik banknotların dövriyyədə olma müddəti kağız pullardan bir neçə dəfə artıqdır. Plastik pulu zədələnmədən qoruyur, suya və palçığa qarşı daha davamlıdır. Pulun üzərində ingilis ədəbiyyatının klassiklərindən olan Ceyn Ostin təsvir edilib.

Qeyd edək ki, bir il sonra Birləşmiş Krallıqda daha bir plastik banknot dövriyyəyə buraxılacaq.

Böyük Britaniya yeni pulların üstünlüklərindən istifadə edən birinci ölkə deyil. İlk plastik pul hələ 29 il bundan əvvəl yaranıb. Hazırda 50 ölkədə plastik pul dövriyyədədir.

© xezerxeber.az


58 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR