Trampın qaçqınlarla bağlı qəbul etdiyi qanun təsdiqləndi - BİR ŞƏRTLƏ

13.09.2017 13:49

Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsi Prezident Donald Trampın qaçqınlarla bağlı qəbul etdiyi qanunu təsdiq edib.

Trampın qaçqınlara tətbiq etdiyi sanksiyalar hakimlərin layihənin qanunlara uyğunluğunu yoxlayıb müvafiq qərar qəbul edənə qədər keçərli olacaq.

Qeyd edək ki, Donald Tramp 27 yanvar tarixində imzaladığı sərəncamla nüfuzunun əksəriyyəti müsəlman olan 7 ölkə (İraq, İran, Suriya, Somali, Sudan, Liviya və Yəmən) vətəndaşlarına 90 gün, qaçqınlara isə 120 gün giriş qadağası qoymuşdu.

"Yaşıl kart” sahiblərinin də daxil edildiyi bu sərəncam mart ayında yenilənərək qismən məhdudlaşdırılmış və "Yaşıl kart” alanlar ölkəyə buraxılmışdı.

Ali Məhkəmə hakimləri qərarın konsitutsiyaya uyğun olub-olmamasını yoxlayıb bitirənə qədər Trampın 7 ölkə vətəndaşların tətbiq etdiyi sanksiyalar qüvvədə qalacaq./publika.az

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR