Türkiyədə terror aktı nəticəsində bir nəfər ölüb, üç şəxs yaralanıb

13.09.2017 09:48

Türkiyənin Hakkari vilayətində terror aktı nəticəsində bir nəfər ölüb, üç şəxs yaralanıb.

Xezerxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, partlayış PKK terror təşkilatının üzvlərinin yolda quraşdırdıqları bombanın işə salınması nəticəsində baş verib.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR