“İrma” qasırğası Fransa adlarında 11 nəfərin həyatına son qoyub

12.09.2017 18:00

Fransanın xarici adaları olan Sen Batelemi və Sen Martendə "İrma” qasırğası nəticəsində 11 nəfər həyatını itirib. Bu barədə Fransa Prezidenti Emanuel Makron məlumat verib.

Xezerxeber.az "RİA Novosti" informasiya agentliyinə istinadən xəbər verir ki, Emanuel Makron keçirdiyi mətbuat konfransında deyib: "Bizdə olan dəqiq məlumatlara görə, 11 nəfər həlak olub, həmçinin yaralananlar və itkin düşənlər də var”.

Qeyd edək ki, "İrma” qasırğası Atlantik okeanda son onilliyin ən güclü qasırğası hesab olunur.

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR