İndoneziyada güclü zəlzələ

13.08.2017 15:19

İndoneziyada, cənubi Sumatra sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Benqkulu şəhərindən 81 kilometr qərqdə, ocağı isə 67 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

© xezerxeber.az


73 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR