Bakı
16 C
USD
EUR
1.7003
1.9798
RUB
GBP
0.0287
2.2344
XƏBƏR
ARXİVİ

Müharibə bir addımda: Dünyanın ən böyük ordusu tərəfini müəyyən etdi

12.08.2017 14:17

Şimali Koreya gərginliyi davam edir.

Şimali Koreya ilə ABŞ arasında yüksək həddə çatan gərginlikdə Çinin hansı mövqeni nümayiş etdirəcəyi maraqlıdır. Artıq Çin mövqeyini açıqlayıb. Belə ki, ilk hücumun Pxenyan tərəfindən olacağı təqdirdə tərəfsiz qalacağını, ilk hücumu Vaşinqton və ya Cənubi Koreya edəcəyi təqdirdə isə Şimali Koreyada rejim dəyişilməsinə imkan verməyəcəyini bildirib. Çin Kommunist Partiyasının rəsmi orqanı olan "Global Times"da yer alan yazıda bildirilir ki, ABŞ və Cənubi Koreya yetkililərinin verdiyi açıqlamalar bölgədə gərginliyi daha da artırır. Rəsmi Pekinin mövqeyinin ifadə edildiyi yazıda "Bölgədəki manəfeyimizə ziyan gələcəyi təqdirdə buna dərhal cavab veriləcəyi" bildirilir.

"Əgər ilk olaraq Şimali Koreya ballistik raketlərlə ABŞ-ı hədəf alarsa və ABŞ da buna cavab verərsə, Pekin tərəfsiz qalacaq. Əgər ABŞ və Cənubi Koreya atəş açan ilk tərəf olarsa və siyasi hakimiyyəti dəyişdirməyi qərara alarsa, Çin buna icazə verməyəcək",-deyə yazının davamında vurğulanır. /cebhe.info

© xezerxeber.az


638 dəfə oxunub

ÇOX OXUNANLAR