Bakı
16 C
USD
EUR
1.7003
1.9798
RUB
GBP
0.0287
2.2344
XƏBƏR
ARXİVİ

Uşaqlarınızı bu istirahət mərkəzlərinə aparmayın: 500-dək insan qorxunc virusa yoluxub

12.08.2017 11:31

Yoluxma halları Sid, Alanya, Belek, Kəmər və digər şəhərlərdəki otellərdə qeydə alınıb

Rusiyanın İstehlakçıların hüquqlarının qorunması üzrə federal xidməti "Rospotrebnadzor" Türkiyədə dincələn rusiyalı turistlərdən 500-dən artıq sağlamlıqla bağlı şikayət müraciəti alıb. Bu barədə qurumun saytında məlumat verilir.

Məsələ ciddiləşdiyinə görə "Rospotrebnadzor" xüsusi qaynar xətt istifadəyə verib.

"Yoluxma halları Sid, Alanya, Belek, Kəmər və digər şəhərlərdəki otellərdə qeydə alınıb. Virusa yoluxanların əksəriyyəti 14 yaşınadək uşaqlardır" — saytda bildirilir.

Qurum həmçinin turistlər üçün xüsusi qaydalar da işləyib hazırlayıb. Həmin qaydalarda yalnız qaynadılmış və yaxud qablaşdırılmış sulardan içmək, gigiyenik qaydalara tam əməl etmək, uşaqları hovuzlara və digər uşaqlarla oynamağa buraxmamaq, ilk simptomlar əmələ gəldikdə dərhal həkimə müraciət etmək və s. tövsiyyə olunur./publika.az

© xezerxeber.az


406 dəfə oxunub

ÇOX OXUNANLAR