Zəhərli yumurta TƏLÜKƏSİ - XƏBƏRDARLIQ EDİLDİ

11.08.2017 19:10

Avropa ölkələrindəki zəhərli yumurta qalmaqalı ilə bağlı xəbərdarlıq edilib.

Avropa İttifaqı sağlamlıq və qida təhlükəsizliyi komissiyası üzvü Vytenis Andriukaitis zəhərli yumurta skandalından sonra Hollandiya və Belçikaya bir-birini günahlandırmağa son qoymaları çağırışını edib.

O, Avropa İttifaqı ölkələri nazirlərilə iki ölkənin rəsmi şəxslərinin təcili olaraq bir yerə toplanıb, qərar qəbul etmələrinin vacib olduğunu deyib.

Qeyd edək ki, Hollandiya və Belçikada toyuq fermalarında istifadə edilən "Fipronil” adlı həşərat dərmanının yumurtalara qarışdığı faktı aşkarlanıb.

Lakin hadisədən xəbər tutan ölkələr zəhərli yumurtaların qısa zamanda əhali arasında yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməməkdə ittiham edilir. Ötən gün bu ölkələrdə fəaliyyət göstərən iki şirkətdən şübhəli bilinən iki nəfər polis tərəfindən saxlanılıb.

"Fipronil” adlı bu maddənin qidaların yanında olması belə çox təhlükəli hesab edilir. Bir tərəfdən isə İngiltərə Qida Təhlükəsizliyi Qurumu insanlar üçün təhlükəli vəziyyət olmadığını açıqlayıb. Bununla yanaşı Hollandiyadan 700 min yumurta idxalı xəbərindən sonra təhlükəsizlik tədbirləri gücləndirilir.

Sainsburi və Morrisons kimi supermarketlərdə yumurtaların istifadə edildiyi sendviç, salatların satışı dayandırılıb. Bununla yanaşı Hollandiya, Almaniya, Belçika kimi ölkələrdə milyonlarla yumurta mağazalardan yığışdırılıb./publika.az

© xezerxeber.az


475 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR