Şimali Koreyaya “Cəhənnəm qəzəbi” yaşadacağam - Tramp

11.08.2017 18:01

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı hərbi əməliyyat üçün hazır olduqlarını açıqlayıb.

Tramp bu ultimatumu öz "Twitter" hesabında qeyd edib.

"Əgər Şimali Koreya özünü aparmağı bacarmasa, ABŞ-ın cavab verməyə yetərincə hərbi vasitələri var. Ümidvaram Kim Çen İn doğru qərar verməyi bacarar", - deyə Tramp bildirib.

ABŞ prezidenti vurğulayıb ki, rəsmi Pxenyan çox diqqətli olmalıdır: "Əgər Amerikaya və ya müttəfiqlərimizə qarşı hər hansı bir hücum planı həyata keçirilsə, onlara "cəhənnəm qəzəbi” yaşatmağa söz verdiyimi bir daha xatırladıram".

Qeyd edək ki, bir neçə gün öncə Şimali Koreyanın rəsmi xəbər agentliyi "KCNA” Şimali Koreyanın Sakit Okeanda Amerika Birləşmiş Ştatlarına məxsus Quam adasına hərbi təcavüz planı üzərində işlədiyini açıqlayıb. ABŞ prezidenti Donald Trampın buna cavabı sərt olsa da, dövlət katibi Reks Tillerson ABŞ-ın Şimali Koreya ilə düşman olmadığını, ancaq hücumların qarşısını ala biləcək qüvvəyə sahib olduqlarını bəyan edib./azvision.az

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR