Cənubi Çin dənizində ABŞ-Çin QARŞIDURMASI

11.08.2017 12:08

Cənubi Çin dənizində ABŞ və Çin arasında növbəti gərginlik yaranıb.

"Con C.Makkeyn” Amerika esminesinin Spratli adalarına yaxınlaşması Pekin tərəfindən etirazla qarşılanıb.

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Amerika esminesinin Pekinin icazəsi olmadan adalara yaxınlaşması Çin qanunları və beynəlxalq hüququn kobud pozuntusudur. Pekin həmçinin ABŞ-ı Çin müstəqilliyini pozmaqda ittiham edib.

Qeyd edək ki, Amerika hərbi gəmiləri Cənubi Çin dənizində Çin, Yaponiya, Vyetnam və Filippin arasında mübahisəli sayılan ərazi sularına daim daxil olur. Ağ Ev dəfələrlə bəyan edib ki, bu cür addımlar regionda azad gəmiçiliyin qorunmasına xidmət edir./Publika.az

© xezerxeber.az


90 dəfə oxunub

ÇOX OXUNANLAR