Polislərə “abi” demək qadağan olundu

11.08.2017 10:02

Türkiyə polisinə gündəlik işlədilən bəzi ifadələrin istifadəsi qadağan olunub.

Türkiyə KİV-lərində yer alan məluma görə, bu gündən etibarən polis işçilərinə müraciət edilərkən "patron", "başkan", "abi", "kanki", "kral", "abla", "hacı" kimi ifadələrin istifadəsi qadağan ediləcək. Məlumatda o da qeyd edilir ki, bu ifadələrin polislərin öz aralarında da istifadəsi rəsmən qadağan olunub.

Qeyd olunur ki, bu qərar etik normaların qorunması istiqamətində atılıb.

© xezerxeber.az


97 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR