İki "div" qarşı-qarşıya: "Hədəf olaraq görəcəyik"

19.06.2017 16:35

Rusiya ABŞ-la Suriyada insidentlərin qarşısının alınması üçün qarşılıqlı fəaliyyətin dayandırılması haqqında qərar qəbul edib.

Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik bundan sonra Suriyadakı koalisiyanın Fərat çayının qərb sahilindəki bütün təyyarə və pilotsuz aparatlarının fəaliyyətini Rusiya hava hücumundan müdafiə sistemlərinin nəzarətdə saxlayacağını açıqlayıb.

Nazirliyin açıqlamasından sonra xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Suriyaya məxsus təyyarəsini vurmasınıterrorçulara yardım kimi dəyərləndirib. Eyni zamanda bildirib ki, belə hadisələr davam edəcəyi təqdirdə bölgədə uçan təyyarələri hədəf olaraq qəbul edəcəklər.

© xezerxeber.az


183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR