Xəzər Xəbər

İvanka Trampla bağlı qalmaqallı iddia

Dünya | 17:24 • 20 Noyabr 2018
İvanka Trampla bağlı qalmaqallı iddia

ABŞ prezidentiDonald Trampın qızıİvanka Trampbarədə qalmaqallı iddia ortaya atılıb.


Ağ Evdə müşavir kimi işləyən İvankanın iş yazışmaları üçün şəxsi email adresindən istifadə etdiyi, yüzlərlə e-poçt göndərdiyi bildirilir. İvanka Tramp məsələ ilə bağlı açıqlama verməyib, lakin onun vəkili Peter Miricanyan işə başladığı ilk dövrlərdə İvankanın qaydaları bilmədiyi üçün öz email adresindən də istifadə etdiyini deyib.


Qeyd edək ki, 2016-cı il prezident seçkiləri zamanı Donald Trampın əsas rəqibi Hillari Klintonun iş yazışmalarında şəxsi adresindən istifadə etməsi ortaya çıxmış, böyük qalmaqala səbəb olmuşdu./Qaynarinfo

Xəbər lenti