Fransada yanacağın qiymətinin artması ilə əlaqədar keçirilən etiraz aksiyalarında 400-dən çox insan xəsarət alıb.
Xezerxeber.az-ın məlumatına görə, onlardan 14-nün vəziyyəti ağırdır. Nümayişlər zamanı, həmçinin polis əməkdaşlarından və yanğınsöndürənlərdən 28 nəfəri yaralanıb. İzer departamentində bir nəfər həlak olub.
Etiraz aksiyaları ölkənin iki mindən çox şəhər və qəsəbəsində keçirilib, 280-dən çox nümayişçi saxlanılıb.