Xəzər Xəbər

Jan-Fransua Mansel: Saakyanın Fransaya səfəri qəbuledilməzdir

Dünya | 17:49 • 16 Noyabr 2018
Jan-Fransua Mansel: Saakyanın Fransaya səfəri qəbuledilməzdir

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri”nin Fransaya səfəri qəbuledilməzdir.

Bunu Trend-ə Fransada Azərbaycanın dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Bako Saakyanın Fransaya səfərini şərh edərkən deyib.

O bildirib: "Assosiasiya hər zaman Fransa hökumətindən tələb edib ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri ilə hər hansı bir əlaqəyə icazə verməsin. Saakyanın hətta Ermənistan pasportu ilə Fransa ərazisinə daxil olması belə qəbuledilməzdir”.

Fransada Azərbaycanın dostları Assosiasiyası gözləyir ki, Fransa indiyədək tamamilə aydın olmuş əvvəlki mövqeyinə qayıdacaq.

Xəbər lenti