Xəzər Xəbər

Miqrantları qeyri-qanuni daşıdığına görə 290 il həbs cəzası aldı

Dünya | 19:07 • 15 Noyabr 2018
Miqrantları qeyri-qanuni daşıdığına görə 290 il həbs cəzası aldı

Saloniki məhkəməsi Gürcüstan vətəndaşının miqrantları qeyri-qanuni daşıdığına görə 290 il müddətinə həbs edilməsi ilə bağlı qərar çıxarıb.


AZƏRTAC xəbər verir ki, miqrantları daşıyan cinayətkar qrup iraqlı miqrantın ölümü ilə nəticələnən avtomobil qəzası zamanı saxlanılıb. Qrup doqquz dəfə miqrantları Türkiyədən Yunanıstanın Saloniki və Afina şəhərlərinə qeyri-qanuni yolla daşıyıb. Cinayətkar qrupun rəhbəri olan Gürcüstan vətəndaşı 290 il, onunla əlbir olan yunanıstanlı 69 il, moldovalı isə 36 il həbs cəzası alıblar.

Xəbər lenti