Xəzər Xəbər

Camal Kaşıkçını öldürmək əmrini kim verib? - RƏSMİ AÇIQLAMA

Dünya | 16:56 • 15 Noyabr 2018
Camal Kaşıkçını öldürmək əmrini kim verib? -

Səudiyyə Ərəbistanında Camal Kaşıkçının ölkəyə qaytarılması üçün yaradılmış qrupun rəhbəri əməliyyatın iflasa uğrayacağı təqdirdə onu öldürməyi əmr edib.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının baş prokuroru mətbuat konfransında məlumat verib. O, təhlükəsizlik xidmətinin əməkdaşlarından təşkil olunan qrupun Səudiyyə Ərəbistanının kəşfiyyat xidməti rəhbərinin sabiq müavini Əhməd əl-Əsirinin göstərişi ilə formalaşdırıldığını bildirib.


Baş prokurorluq tərəfindən yayılan bəyanata əsasən, jurnalistin qətli ilə bağlı 21 nəfər saxlanılıb. Hələlik onların yalnız 11-nə ittiham irəli sürülüb. Prokurorluq cinayətdə bilavasitə iştirak edən 5 nəfərin - əmr verən şəxsin və icraçıların edam cəzasına məhkum olunmasını tələb edir.


Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin konsulluqda yaranmış mübahisə nəticəsində öldürüldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini, cəsədin isə hissələrə bölünərək diplomatik nümayəndəlikdən çıxarıldığını etiraf etmişdi.

Xəbər lenti