Xəzər Xəbər

Türkiyədə çörək israfına qarşı sərt tədbir

Dünya | 17:48 • 8 Noyabr 2018
Türkiyədə çörək israfına qarşı sərt tədbir

Çörək israfının qarşısının alınması üçün Türkiyənin Ticarət Nazirliyi tərəfindən maraqlı üsula əl atılıb

Marketlər satışa çıxardıqları çörəyin ən çoxu 5 faizini geri qaytara biləcək. Türkiyədə çörək israfının qarşısının alınması üçün maraqlı üsula əl atılıb.

Ticarət Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, gündəlik olaraq satışa çıxarılan çörək məhsulları ilə yanaşı, digər un məmulatlarının satılmayan ən çoxu 5 faizi istehsalçıya geri qaytarılacaq. Ticarət Nazirliyi bu addımla həm də çörək israfının qarşısının alınacağını proqnozlaşdırır.

Qeyd edək ki, yeni tarifə görə, maksimum qiyməti 1 türk lirəsi olan çörəyə görə istehsalçıya 85 quruş, kiçik çörək zavodlarına isə 80 quruş ödəniləcək./Sputnik Azərbaycan

Xəbər lenti