Xəzər Xəbər

Ukrayna Ermənistandan Ümumdünya Ticarət Təşkilatına şikayət edib

Dünya | 11:16 • 23 Oktyabr 2018
Ukrayna Ermənistandan Ümumdünya Ticarət Təşkilatına şikayət edib

Ukrayna Ermənistandan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.


"Report” "Reuters”ə istinadən xəbər verir ki, bu barədə ÜTT-nin hesabatında bildirilib.


Buna səbəb rəsmi Yerevanın Ukrayna istehsalı olan polad boruların müəyyən növləri üzrə anti-dempinq gömrük rüsumlarını artırmasıdır.


Ukrayna Ermənistanla yanaşı, Qırğız Respublkasından da təşkilata şikayət edib.


Bildirilib ki, Avrasiya İqtisadi İttifqaının üzvü olan bu ölkələr verginin mərhələ-mərhələ azaltmalı idilər: "Ancaq vergi artırılıb. Bu səhvdir və mövcud olmayan qərarlara əsaslanıb”.


Qeyd edək ki, artıq Ukrayna Avrasiya İqtisadi İttifaqını başqa bir üzvü, Qazaxıstanla bağlı da ÜTT-yə şikayət etmişdi.

Xəbər lenti