Xəzər Xəbər

Tayvanda qatar qəzasında ölənlərin sayı 22 nəfərə çatıb

Dünya | 19:37 • 21 Oktyabr 2018
Tayvanda qatar qəzasında ölənlərin sayı 22 nəfərə çatıb

Çinin Tayvan adasında qatar qəzası nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, 171 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.


Səkkiz vaqondan ibarət "Puyuma” sürət qatarının 310 sərnişin tutumu olub. Qatarın relsdən çıxması ilə 5 vaqon aşıb.


Hadisə yerinə təcili yardım briqadaları, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. (AZƏRTAC) 

Xəbər lenti