Xəzər Xəbər

Koreyalıların çoxunun adı niyə “Kim”dir?

Dünya | 12:33 • 20 Oktyabr 2018
Koreyalıların çoxunun adı niyə “Kim”dir?
Koreyalıların əksəriyyətinin soyadının Kim olması tarixi faktdır.

Koreyalıların 45%-nin soyadı Kim, Li və Parkdır.

Cənubi Koreyada isə 10 milyon nəfərin soyadı Kimdir. Bunun xüsusi səbəbi var. Kimin kökü tarixdən gəlir.

Koreya yarımadasının cənubundakı Silla krallığı (b.e.ə. 57 – b.e. 935) regiondakı digər dövlətlərlə döyüşərək, 668-ci ildə Koreyanı demək olar ki, vahid şəkildə birləşdirməyi bacardı.

Kim isə Silla krallığını 700 il ərzində idarə etmiş sülalənin soyadı olub.

Koreyada soyadından istifadə etmək uzun əsrlər boyunca mövcud olmayıb.

Yaponiyanın Koreyanı işğal etməsindən sonra onların soyaddan istifadə etməsi məcburi hala gəldi. Beləliklə, koreyalılar Kim, Li, Park kimi soyadları götürdülər.

1997-ci ilə qədər Cənubi Koreyada eyni soyadı daşıyan və bir nəsildən gələnlərin evlənməsi qadağan imiş. 2005-ci ildə isə təkrarən belə qanun qəbul edilib./AzNews.az

Xəbər lenti