Xəzər Xəbər

UNESCO: Venesiya və Napoli şəhərləri su altında qala bilər

Dünya | 16:28 • 19 Oktyabr 2018
UNESCO: Venesiya və Napoli şəhərləri su altında qala bilər

UNESCO-nun yeni araşdırmasına əsasən, Venesiya və Napoli şəhərləri 2100-cü ilə kimi sahil eroziyası və dəniz səviyyəsinin yüksəlməsi səbəbindən məhvolma ehtimalı yüksək olan İtaliya şəhərləri sırasındadır.


AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, dəniz səviyyəsini və sahilətrafı ərazilərdə suyun yüksəlməsini araşdıran mütəxəssis Lena Reymanın rəhbərliyi altında Almaniyanın Kil Universitetinin apardığı və "Nature Communications” jurnalında nəşr edilən tədqiqata əsasən, İtaliyanın Po çayı, Ferrara, Ravenna, Çinkve-Terre, Pyaçça-del-Duomo (Piza qülləsinin meydanı) və Siciliyadakı barokko üslublu Val-di-Noto şəhərləri əsrin sonuna kimi su altında qala bilər.

Xəbər lenti