Xəzər Xəbər

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırır

Dünya | 19:03 • 17 Oktyabr 2018
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırır

Yaxın zamanlarda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırır.


Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.


M.Zaxarova bildirib ki, səfər zamanı onlar ölkələrin mövqeyini dəqiqləşdirmək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin fəallaşması üçün hansı konkret addımların atılacağını müzakirə etmək niyyətindədir.


XİN rəsmisi qeyd edib ki, Rusiyanın ATƏT Minsk qrupunun həmsədri qismində mövqeyi yaxşı məlumdur:


"Bu mövqe Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdə səsləndirdiyi, üç ölkənin xarici işlər nazirlərinin və həmsədrlərin bəyanatlarında əks olunub”.

Xəbər lenti