Xəzər Xəbər

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında araşdırma başlayıb

Dünya | 19:01 • 17 Oktyabr 2018
Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında araşdırma başlayıb

Türkiyənin istintaq qrupu jurnalist Camal Kaşıkçının itkin düşməsi ilə bağlı təhqiqat çərçivəsində axtarış aparmaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahına gəlib.


Xezerxeber.az Anadolu informasiya agentliyinə istinadən xəbər verir ki, təhqiqat aparılması üçün yaradılan işçi qrupunun Səudiyyə Ərəbistandan olan üzvlərinin də oktyabrın 16-da Türkiyəni tərk etmiş Məhəmməd əl Uteybinin iqamətgahında olduğu bildirilir.


Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda daxil olub və həmin vaxtdan itkin düşüb. Onun yoxa çıxması ilə əlaqədar təhqiqat aparılması üçün yaradılan Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupu bir gün əvvəl Krallığın İstanbuldakı baş konsulluğuna təxminən 9 saat çəkən baxış keçirib.


Bəzi KİV-lər jurnalistin diplomatik missiyanın binasında qətlə yetirildiyini iddia edirlər.


Camal Kaşıkçı Ər-Riyadın siyasətinə qarşı tənqidi münasibəti ilə tanınır. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçən jurnalist "The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.

Xəbər lenti