Xəzər Xəbər

Lukaşenko Ukraynaya qarşı: Pravoslavlığı parçalamayın

Dünya | 15:48 • 15 Oktyabr 2018
Lukaşenko Ukraynaya qarşı:

Minsk pravoslav kilsəsinin parçalanmasına qarşı çıxır.

Bunu Moskva və Bütün Rusun patriarxı Kirillə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Dövlətimizin mövqeyi ondan ibarətdir ki, parçalanma hər zaman pis nəticələrə gətirib çıxarır. Nəticə təhlükəlidir”, – deyə o bildirib.

Qeyd edək ki, Konstantinopol Patriarxlığı Ukrayna Pravoslav Kilsəsinə avtokefaliya verilməsi prosesinə start verib. Patriarxlıq həmçinin 1686-cı ildən bu yana Moskva Patriarxlığına Ukraynaya mitropolit təyin etməsi haqqında verdiyi öhdəliyi ləğv edib./axar.az

Xəbər lenti