Xəzər Xəbər

Türkiyədə 60-dan çox zabitin həbsinə qərar verildi

Dünya | 15:59 • 24 Sentyabr 2018
Türkiyədə 60-dan çox zabitin həbsinə qərar verildi
Ankara Baş Prokurorluğu Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə əlaqədar açılan cinayət işi çərçivəsində yüksək rütbəli zabitlər daxil olmaqla ölkənin dəniz və quru qoşunlarında xidmət edən 61 şübhəli şəxs barədə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.


XəzərXəbər "Reuters”ə istinadən xəbər verir ki, həbs olumalarına dair əmr verilən 61 hərbçidən 18-i hazırda aktiv hərbi qulluqda olanlardır. Ümumilikdə isə, 61 şübhəli siyahısına Quru Qoşunları Komandanlığının 13 mayoru və 12 kapitanı, Dəniz Qüvvələri Komandanlığının 24 baş leytenantı, 7 leytenant və 5 çavuş daxildir.


Prokurorluqdan bildirilib ki, şübhəlilərin FETÖ-nün məhrəm imamları ilə taksafonlarla və axtarış sistemləri vasitəsilə vaxtaşırı əlaqə saxladıqları müəyyənləşdirilib.

Türkiyə polisi barəsində həbs qətimkan qərarı çıxarılan şübhəlilərin saxlanılması və inzibati prosedurlar üzrə əməliyyatlara başlayıb.

Xəbər lenti