Xəzər Xəbər

Ukraynanın infrastruktur nazirinin əmlakına həbs qoyulub

Dünya | 21:59 • 19 Sentyabr 2018
Ukraynanın infrastruktur nazirinin əmlakına həbs qoyulub

Kiyevin Solomenskiy rayon Məhkəməsi Ukraynanın infrastruktur naziri Vladimir Omelyanın əmlakına həbs qoyub.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat katibi məlumat yayıb.


Qeyd edək ki, Ukraynanın Milli Antikorrupsiya Bürosu sentyabrın 13-də Omelyanın qanunsuz zənginləşməsi barədə məlumat yayıb. Nazir isə bəyanatında ona qarşı irəli sürülən ittihamı təkzib edib və buna görə istefaya getməyəcəyini açıqlayıb.


Məhkəmə 5 milyon qriven girovla V.Omelyanın barəsində həbs qətimkan tədbirini dəyişdirib. Lakin ondan ölkəni tərk etməməsi tələb olunub.

Xəbər lenti