Xəzər Xəbər

NASA TARİXİ GÖRÜNTÜLƏR əldə etdi 15 000 qalaktika EYNİ ANDA...

Dünya | 15:15 • 17 Avqust 2018
NASA TARİXİ GÖRÜNTÜLƏR əldə etdi

Amerikanın Aviasiya və Kosmos İdarəsi (NASA) "Hubble” kosmik teleskop vasitəsilə tarixi görüntülər əldə edib.

"Hubble” bu günə qədər görüntülənməmiş ən əhatəli qalaktika panaramalarından birini yaddaşına yazıb.

Teleskopun ultra-bənövşəyi kameraları vasitəsilə təsbit edilən 15 000 qalakatika eyni fotoda görüntülənib. Bu qalaktikalardan bəziləri 11 milyard il öncə yaranıb. Bəziləri isə 12 000-dən çox ulduz doğurur.

NASA-nın Avropa Kosmos Agentliyi və Kosmos Teleskopu Elmi İnsitutu ilə ortaq ərsəyə gətirdiyi "Hubble” 1990-cı ildən etibarən dünyanın ətrafında kosmos müşahidələri aparır./publika.az

Xəbər lenti